ASEAN ölkǝlǝrinin XİN rǝhbǝrlǝrinin iclası tǝxirǝ salınacaq

Bu barǝdǝ  Kamboca Xarici İşlər Nazirliyinin sözçüsü Koy Kuonq mǝlumat verib.

1762382
ASEAN ölkǝlǝrinin XİN rǝhbǝrlǝrinin iclası tǝxirǝ salınacaq

Kamboca Cənub-Şərqi Asiya Dövlǝtlǝri Assosiasiya (ASEAN) ölkələrinin xarici işlər nazirlərinin iclasının  təxirə salınacağını açıqlayıb.

Bu barǝdǝ  Kamboca Xarici İşlər Nazirliyinin sözçüsü Koy Kuonq mǝlumat verib. O, 18-19 yanvar tarixlərində keçirilməsi planlaşdırılan iclasın tǝxirǝ salınacağını bildirib.

İclasın nǝ vaxt keçirilǝcǝyi ilǝ bağlı mǝlumat verilmǝyib.

Kambocanın Baş naziri Hun Sen yanvarın 7-də hərbi liderlərlə görüşmək üçün Myanmaya sǝfǝr etmişdi.

Qeyd edǝk ki, Kamboca  2021-ci ilin oktyabr ayında 10 üzvdǝn ibarǝt olan ASEAN tǝşkilatının sǝdrliyini tǝhvil almışdı.

ASEAN tǝşkilatı  oktyabrın 16-da Myanmanın hǝrbi lideri Min Aunq Hlainqın tǝşkilatın builki zirvǝ görüşünǝ qatılmasına icazǝ vermǝyǝcǝyini açıqlamışdı.

Xatırladaq ki, 2021-ci ilin  fevral ayının  1-də Myanma ordusu ölkənin xarici işlər nazirini, dövlət müşaviri Aun San Su Çini və başqa rəsmi  şəxsləri saxlayaraq hakimiyyətin ələ keçirildiyini bildirmişdi və ölkәdә fövqәladә vәziyyәt rejimi elan etmişdi. 

Myanma xalqı fevralın 6-da demokratiyanın yenidən təmin olunması üçün etiraz aksiyaları keçirməyə başlamışdı.  Etiraz aksiyaları zamanı 1000-dǝn çox etirazçı hǝyatını itirmişdi, minlǝrlǝ adam da saxlanılmışdı.



Әlaqәli Xәbәrlәr