ABŞ Rusiyaya növbəti dəfə xəbərdarlıq edib

ABŞ-ın Milli Təhlükəsizlik müşaviri Jake Sullivan, ölkəsinin Ukrayna- Rusiya mövzusunda diplomatiyaya, işğal halında isə Rusiyaya qarşı iqtisadi sanksiya tətbiqinə hazır olduğunu bildirib.

1762523
ABŞ Rusiyaya növbəti dəfə xəbərdarlıq edib

Jake Sullivan Ağ Evdə gündəlik mətbuat brifinqində Rusiya və Ukrayna mövzusunda Cenevrə, Brüssel və Vyanada aparılan danışıqlara münasibət bildirib. Sözügedən danışıqlarda həm ABŞ, həm də Rusiyanın narahatlıqlarını paylaşdığını, bu danışıqların tərəflər üçün faydalı olduğunu, beləcə həm ABŞ-ın həm də Rusiyanın düşünmə fürsəti əldə etdiyinə diqqət çəkib. Danışıqlardan sonra müttəfiqləri ilə prosesin necə davam edəcəyini müzakirə etdiklərini qeyd edən Sulivan: “Biz Avro-Atlantikanın təhlükəsizliyini və sabitliyini yaxşılaşdırmaq üçün diplomatiyaya hazırıq. Eyni şəkildə, Rusiya başqa yol seçərsə, buna başda iqtisadi sanksiyalar olmaqla hər cür cavabı verməyə hazırıq. ABŞ-ın Ukraynanın ərazi bütövlüyü və suverenliyinə dəsdəyi davam edir. Rusiyanı hərbi müdaxilənin xərclərinin və təxribatının nə olacağını şərh etdik. Bundan sonra da məsələnin həlli ilə bağlı Rusiya və müttəfiqlərimizlə danışıqlarımız davam edəcək”.

 



Әlaqәli Xәbәrlәr