Co Baydenin reytinqi azalıb

ABŞ Prezidenti Co Baydenin reytinqi 33%-ə düşüb.

1761990
Co Baydenin reytinqi azalıb

Amerika Birləşmiş Ştatlarında (ABŞ) aparılan sorğu nəticəsində məlum olub ki, ictimaiyyətin yalnız üçdə biri prezident Co Baydenin fəaliyyətindən razıdır. Quinnipiac Universiteti tərəfindən aparılan sorğuda, Baydenə ictimai dəstəyin azalmasının davam etdiyi müşahidə olunub. Respondentlərin 33% Baydenin prezident vəzifəsini icrasına dair çıxışını bəyəndiklərini bildirib. Sorğuda iştirak edənlər arasındaki demokratların isə 75% Baydenin fəaliyyətindən razı qaldığını bildirsə də, müstəqil seçicilərin ancaq 25% prezident haqqında müsbət münasibət bildirib. İştirakçıların 57% Baydenin iqtisadi göstəricilərindən, 54% xarici siyasətindən, 55% isə yeni növ koronavirusa (Covid-19) əleyhinə mübarizəsindən razı olmadığını ifadə edib.

Bayden administrasiyası son zamanlarda benzinin bahalanması, inflyasiya nisbətinin son 39 ilin ən yüksək seviyyəsinə çatması, Covid-19 hadisələrinin artmaqda davam etməsi kimi əsas problemlərə görə tənqidlərə məruz qalır və ictimai dəstəyi isə hər keçən gün azalır.



Әlaqәli Xәbәrlәr