Blinken ilə Kuleba Rusiyaya qarşı atılacaq addımları müzakirə ediblər

Entoni Blinken ilə Dmitri Kuleba ABŞ-Rusiya Strateji Sabitlik Dialoqunun nəticələrini və Rusiyaya qarşı atılacaq addımları müzakirə ediblər.

1761230
Blinken ilə Kuleba Rusiyaya qarşı atılacaq addımları müzakirə ediblər

ABŞ-in dövlət katibi Entoni Blinken ilə Ukrayna xarici işlər naziri Dmitri Kuleba NATO-Rusiya Şurasının iclasından əvvəl ABŞ-Rusiya Strateji Sabitlik Dialoqunun nəticələrini və Rusiyaya qarşı atılacaq addımları müzakirə ediblər.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays verdiyi yazılı açıqlamada Blinken və Kuleba arasında telefon danışığı olduğunu bildirib.

N. Prays “Rusiyanın Ukrayna və onun ətrafında davam edən vacib olmayan hərbi yığınağı ilə bağlı ümumi narahatlıqları qeyd edən nazirlər İsveçrənin Cenevrə şəhərində ABŞ-Rusiya Strateji Sabitlik Dialoqunun iclaslarını və Belçikanın paytaxtı Brüsseldə keçiriləcək NATO-Rusiya Şurasının iclasından əvvəl növbəti addımları müzakirə etdilər"-ifadəsini işlədib. 

Blinkenin yanvarın 13-də Avstriyanın paytaxtı Vyanada keçiriləcək Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Daimi Şurasının iclası ilə bağlı gözləntilərini də dilə gətirdiyini bildirən Prays Blinkenin gələcək üçün diplomatiyaya  dəstəyini bir daha təsdiqlədiyini və Ukraynasız Ukrayna ilə bağlı mühüm danışıqlar olmayacağını söylədiyini vurğulayıb. 

“Blinken bir daha vurğulayıb ki, Rusiya münaqişənin gərginləşməsi yolunu seçərsə, ABŞ və onun müttəfiqləri Rusiya iqtisadiyyatına ciddi maliyyətlər gətirməyə, NATO-nun ön cəbhəsindəki müttəfiq dövlətlərindəki mövcudluğunu gücləndirməyə və Ukraynaya müdafiə yardımını artırmağa hazırdır” -deyə N. Prays bildirib.  

Dövlət Departamentində keçirilən mətbuat konfransında çıxış edən ABŞ dövlət katibinin müavini Viktoriya Nuland Rusiyanı Ukraynanı təhdid etməkdə və Avropada sabitliyə zərər verməkdə ittiham edib.

V. Nuland Moskvanı Ukraynaya qarşı hərbi əməliyyatla bağlı xəbərdar edib və Rusiyanın gərginliyi azaltmayacağı təqdirdə ABŞ-ın Avropadakı müttəfiqləri və Rusiyaya ağır iqtisadi cavab verməyə hazır olduğunu bildirib.



Әlaqәli Xәbәrlәr