ABŞ-ın şimal-şərqi son 3 ilin ən soyuq günlərini yaşayır
ABŞ Milli Hava Xidmətinə görə...
1761011

Amerika Birləşmiş Ştatlarının şimal-şərqi son 3 ilin ən soyuq günlərini yaşayır.
ABŞ Milli Hava Xidmətinə görə, şimaldan gələn Arktika hava dalğası ölkənin orta və xüsusilə şimal-şərq bölgələrindəki istiliyi endirib, temperatur mənfi 10 dərəcəyə düşüb.
Küləyin də təsiri ilə mənfi 18 dərəcənin hiss edildiyi Nyu-York və Boston 2019-cu ildən bəri ən soyuq günlərini yaşayır.
Ölkənin orta rayonlarında isə şimala doğru rüzgarın təsiriylə havanın temperaturunun mənfi 45 dərəcəyə qədər düşməsi gözlənilir.
Soyuq hava üzündən ABŞ-ın Massaçusets (Massachusetts), Nyu-York (New York), Nyu-Hempşir (New Hampshire) və Vermont ştatlarının bir sıra məktəblərində tətil elan edilib.