“6-8 həftə içində “Omicron” Avropanın yarısından çoxuna bulaşacaq”, H.Kluge

Video-konfrans yolu ilə təşkil edilən mətbuat konfransında Avropa bölgəsində ilin ilk həftəsində 7 milyondan çox “Omicron” yoluxma halı təsbit edildiyini və bunun əvvəlki həftəyə görə iki qat olduğunu söyləyən H.Kluge deyib...

1761005
“6-8 həftə içində “Omicron” Avropanın yarısından çoxuna bulaşacaq”, H.Kluge

 

  Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə direktoru Hans Kluge yeni tip koronavirusun (Covid-19) “Omicron” növünün əvvəlki variantlara görə daha sürətli və geniş diametrli yayıldığını bildirərək “Avropa əhalisinin yarısından çoxuna 6-8 həftədə “Omicron” bulaşacaq” xəbərdarlığını edib.

  Video-konfrans yolu ilə təşkil edilən mətbuat konfransında Avropa bölgəsində ilin ilk həftəsində 7 milyondan çox “Omicron” yoluxma halı təsbit edildiyini və bunun əvvəlki həftəyə görə iki qat olduğunu söyləyən H.Kluge deyib: “Avropanın 26 ölkəsində hər həftə əhalinin 1 faizindən çoxuna “Covid-19” bulaşır. Bu ölkələrin səhiyyə sektorlarında böyük sıxlıq və təzyiq yarana bilər.

  Avropa və Orta Asiya bölgəsindəki 53 ölkənin 50-sində “Omicron” virusu təsbit edilib. O, sürətli şəkildə Qərb Avropa ölkələrinə, xüsusilə Balkanlara çatıb.   

  “Omicron” virusu əvvəlki növlərinə görə daha sürətli və geniş diametrli yayılır. Adamlar yüksək keyfiyyətli maska taxmalıdır.

  Səhiyyə işçiləri və yaşlılar risk qruplarına daxildir və onlar üçün gücləndirici peyvənd tətbiqləri prioritet olmalıdır.

  Sağlamlığın Ölçülməsi və Qiymətləndirilməsi İnstitutunun (İHME) təxminlərinə görə, qarşıdakı 6-8 həftə içərisində Avropa əhalisinin yarısından çoxuna “Omicron” bulaşacaq. Peyvəndin daha az olduğu Avropanın şərq ölkələrində daha çox can itkisi yaşanacağından dərin narahatlıq duyuruq”.



Әlaqәli Xәbәrlәr