Yaponiyada məhdudiyyətlər artırıldı

Yaponiyada koronavirus əleyhinə mübarizə çərçivəsində tətbiq edilən səyahət qadağasının müddəti uzadılıb

1760713
Yaponiyada məhdudiyyətlər artırıldı

Yaponiya hökuməti epidemioloji vəziyyəti nəzərə alaraq xarici vətəndaşlara viza verilməsini tam qadağan edən qərarın müddətini daha bir ay uzadıb.

TRT-nin xəbərinə görə bu barədə Baş nazir Fumio Kisida məlumat verib.
Qeyd edək ki, ölkədə 2020-ci ilin dekabrından tam səyahət qadağası hökm sürür. Ölkəyə yalnız Yaponiya vətəndaşları və diplomatlar daxil ola bilir. Gələnlər təcrid və karantin dövrü keçməlidirlər.

 



Әlaqәli Xәbәrlәr