Taliban siyasi hǝdǝflǝrini açıqladı

Əfqanıstanda hakimiyyǝti ǝlǝ keçirǝn ‘‘Taliban’’ hǝrǝkatının  xarici işlər nazirinin müavini Әmirhan Muttaki ölkəsinin böyük güclǝrin  münaqişə etdiyi bölgǝyǝ  çevrilməsinə icazə verməyəcəklərini vǝ  bütün qonşu ölkələr ilə beynəlxalq ictimaiyyətlǝ qarşıl

1760477
Taliban siyasi hǝdǝflǝrini açıqladı

Əfqanıstanda hakimiyyǝti ǝlǝ keçirǝn ‘‘Taliban’’ hǝrǝkatının  xarici işlər nazirinin müavini Әmirhan Muttaki ölkəsinin böyük güclǝrin  münaqişə etdiyi bölgǝyǝ  çevrilməsinə icazə verməyəcəklərini vǝ  bütün qonşu ölkələr ilə beynəlxalq ictimaiyyətlǝ qarşılıqlı hörmətə əsaslanan əlaqələr qurmaq istədiklərini bildirib.

Əmirhan Muttaki ABŞ-ın paytaxtı Vaşinqtonda Əfqanıstan təşkilatları və Amerika Zəkat Fondunun birgə təşkil etdiyi "Əfqanıstan üçün Sülh və Humanitar Yardım Konfransı"na videokonfrans vasitəsilə qoşulub.

ABŞ və Taliban arasında 2020-ci ilin fevralında imzalanan razılaşmanın xarici qüvvələrin ölkədǝn  çıxmasına zǝmin hazırlayan   mühüm dönüş nöqtəsi olduğunu ifadǝ edǝn  Muttaki bildirib ki, Əfqanıstana dünyada sabitliyin, iqtisadi artımın və daha yaxşı gələcəyin inşasında  müsbət rol oynaması üçün şans verməyin vaxtı gǝlib.

Əfqanıstanın avqust ayında çox kritik bir dövrdən keçdiyinə diqqət çəkən Әmirhan  Muttaki  ABŞ-ın ölkǝdǝn çıxması  və Talibanın hakimiyyǝti ələ keçirməsinin iddia edilənin əksinə son dərəcə dinc bir mühitdə gerçǝklǝşdiyini bildirib.

“Əfqanıstan İslam Əmirliyi paytaxt Kabilə milli birlik şüarı ilǝ daxil oldu və keçmiş siyasi və hərbi rəqiblərinə sülh və qardaşlıq mesajları verdi’’,-deyǝ  ‘‘Taliban’’ hǝrǝkatının  xarici işlər nazirinin müavini qeyd edib.

Qətərin paytaxtı Dohada ABŞ ilə əldə olunan razılaşmanın Əfqanıstan ilǝ  dünya arasındaki əlaqələrin əsas çərçivəsini təşkil etdiyini qeyd edən Әmirhan Muttaki sözlərini belə davam edib: ‘‘Biz qonşularımızla, regionla və dünya ilə müsbət və konstruktiv münasibətlər qurmağa çalışırıq. Biz bütün xalqlarla qarşılıqlı hörmətə əsaslanan müsbət münasibətlər qurmaq istəyirik ki, böyük güclərin və ya münaqişənin əsas mənbəyinə çevrilməyək’’.

Әfqanıstanı Asiyadakı əməkdaşlıq körpüsünǝ çevirmǝk  istǝdiklǝrini  ifadǝ edǝn Muttaki deyib ki, bir daha heç kimǝ Әfqanıstanın daxili mǝsǝlǝlǝrinǝ qarışmasına icazǝ vermǝyǝcǝyik. Biz digər xalqların qanuni maraqlarına və tələblərinə hörmət edirik və onlardan da  eyni addımı  gözləyirik.

Keçmiş hökumətdən 500 min dövlǝt qulluqçusunun işləməyə davam etdiyini vurğulayan nazir müavini Muttaki heç kimə qərəzli yanaşmadıqlarını bildirib.
 



Әlaqәli Xәbәrlәr