Keniyada elektrikötürücü xətti dirəkləri aşıb
Keniyada elektrikötürücü xətti dirəklərinin aşması nəticəsində ölkənin əksər hissəsində elektrik enerjisi kəsilib.
1760735

Keniya Elektrik İdarəsindən verilən açıqlamada Kiambere-Embakasi yüksək gərginlikli elektrik xəttinin səhər radilərində çökdüyü bildirilib. Açıqlamada qeyd edilib ki, mühəndislər xətti yenidən bərpa etmək üçün işlərini davam etdirirlər. Elektrik xəttinin dağılmasından sonra paytaxt Nayrobi də daxil olmaqla bir çox şəhərdə elektrik enerjisi kəsilib.
Qeyd edək ki, Prezident Uhuru Kenyatta dünyada enerji qiymətlərinin artmasına baxmayaraq, ilin əvvəlində elektrik enerjisi haqlarında 15 faiz endirim edildiyini açıqladı.
Әlaqәli Xәbәrlәr
İsveç NATO-ya üzvlük üçün ərizə yazıb
İsveç-in xarici işlər naziri Ann Linde NATO-ya üzvlük üçün ərizə yazıb.