FED-in vitse-prezidenti Klarida istefa verəcəyini açıqlayıb

ABŞ Federal Ehtiyat Sisteminin (FED) vitse-prezidenti Riçard Klarida, səlahiyyət müddətinin bitməsinə iki həftə qalmış, İdarə Heyətindən istefa verəcək.

1760669
FED-in vitse-prezidenti Klarida istefa verəcəyini açıqlayıb

TRT xəbər verir ki, bu barədə FED-dən məlumat yayılıb. Bildirilib ki, Klarida 7 sentyabr 2018-ci ildən bəri idarə heyətinin üzvü və vitse-prezident vəzifələrində çalışır. Onun vəzifə müddəti yanvarın 31-də başa çatacaq. Baxmayaraq o yanvarın 14-də direktorlar şurasından istefa verməyi planlaşdırır. Klarida-nın istefa qərarının FED-in yeni növ koronavirus (Covid-19) epidemiyasının iqtisadi təsirlərinə qarşı aktiv şəkildə bazarları dəstəklədiyi dövrdə maliyyə aktivləri əldə etdiyinə dair xəbər yayıldıqdan sonra açıqlanması diqqətləri cəlb edib.

Xatırladaq ki, ABŞ prezidenti Co Bayden noyabrın 22-də İdarə Heyətinin üzvü Lael Braynardın FED sədrinin müavini vəzifəsinə namizədliyini irəli sürüb.

 



Әlaqәli Xәbәrlәr