Bosniya vǝ Herseqovina üç ölkǝyǝ nota verdi

Bosniya vǝ Herseqovina xarici işlǝr naziri Bisera Turkoviç Banya Lukada qeyri-qanuni şǝkildǝ qeyd olunan ‘‘9 yanvar Serbiya Cümhuriyyǝti Günü’’ tǝdbirinǝ tǝmsilçi göndǝrǝn Rusiya, Çin vǝ Serbiyaya diplomatik nota verildiyini açıqlayıb.

1760369

Bisera Türkoviç qeyd edib ki, notada bu addımın Bosniya vǝ Herseqovinanın daxili mǝsǝlǝlǝrinǝ ciddi müdaxilǝ kimi qiymǝtlǝndirildiyi vurğulanıb.  

Notada Bosniya vǝ Herseqovina Konstitusiya Mǝhkǝmǝsinin rǝsmi qǝzetdǝ dǝrc olunmuş müvafiq qǝrarında bu növ addımların Bosniya vǝ Herseqovina ilǝ ikitǝrǝfli münasibǝtlǝri poza bilǝcǝyi bildirilib.

Qeyd edǝk ki, Bosniya vǝ Herseqovinanın Banya Luka şǝhǝrindǝ dünǝn konstitusiyaya zidd olmasına baxmayaraq ‘‘9 yanvar Serbiya Cümhuriyyǝti Günü’’ qeyd olunub.

Tǝdbirǝ Serbiya parlamentinin sǝdri İvika Dacic ilǝ Serbiya Baş naziri Ana Brbaniklǝ yanaşı, Rusiya vǝ Çinin Bosniya vǝ Herseqovinadakı sǝfirlǝri qatılıblar.

Bosniya vǝ Herseqovina Konstitusiya Mǝhkǝmǝsi 2015-ci ildǝ dövrün Dövlǝt Şurasının üzvü Bakir İzetbeqoviçin tǝlǝbi ilǝ ‘‘Serbiya Cümhuriyyǝti’’ gününü konstitusiyaya zidd elan etmişdi.

Bu qǝrardan sonra Serbiya Cümhuriyyǝtinin Xalq Mǝclisi ‘‘9 yanvar Serbiya Cümhuriyyǝti’’ gününün tanınması üçün 2016-cı ilin 25 sentyabr tarixindǝ referendum keçirsǝ dǝ, Bosniya vǝ Herseqovina Konstitusiya Mǝhkǝmǝsi bunu tanımamışdı vǝ bu günün qeyd olunmasını qadağan etmişdi.

Әlaqәli Xәbәrlәr