BMT Sudanla bağlı açıqlama verib

Birləşmiş Millətlər Təşkilatı (BMT) Sudandakı siyasi böhranın həll edilməsi üçün mülki və hərbi tərəflərlə ilkin məsləhətləşmələrə başladığını bildirib.

1760628
BMT Sudanla bağlı açıqlama verib

 

Birləşmiş Millətlər Təşkilatı (BMT) Sudandakı siyasi böhranın həll edilməsi üçün mülki və hərbi tərəflərlə ilkin məsləhətləşmələrə başladığını bildirib.

BMT-nin Sudan üzrǝ  İnteqrasiya edilmiş Keçid Dövrünə Yardım Missiyasının rəhbəri və BMT-nin Sudandakı nümayəndəsi Volker Peretz paytaxt Xartumda keçirdiyi mətbuat konfransında deyib: "Zorakılığa son qoymaq və böhranı həll etmək üçün məsləhətləşmə prosesinin vaxtı gǝlib. Mən bütün siyasi və sosial aktorları, hökumət və digər dairələri, silahlı hərəkatları və Müqavimət Komitələrini məsləhətləşmələrdə iştirak etməyə dəvət edirəm".

Məsləhətləşmə prosesinin nǝ zaman keçirilǝcǝyinǝ dair mǝlumat vermǝyǝn  Peretz ilk olaraq dünən qeyri-hökumət təşkilatları ilə danışıqlara başladıqlarını bildirib.

Məsləhətləşmələri asanlaşdırmaq istədiklərini vurğulayan Peretz  ilkin məsləhətləşmələrin bütün tərəflərlə dolayı danışıqların gündəmini müǝyyǝn edəcəyini vurğulayıb.

BMT-nin Sudandakı nümayəndəsi Peretz deyib: ‘‘Mǝslǝhǝtlǝşmǝ prosesinǝ bütün sudanlı aktyorları dinləyǝrǝk başlayacağıq’’.

Xatırladaq ki, Sudan Baş naziri Abdullah Hamduk yanvarın 2-dǝ istefa vermişdi.



Әlaqәli Xәbәrlәr