Şimali Koreya hipersəs raketini sınaqdan keçirib

Şimali Koreya Xalq Demokratik Respublikası (KXDR) dünən hipersəs raketini sınaqdan keçirib.

1758035
Şimali Koreya hipersəs raketini sınaqdan keçirib

TRT xəbər verir ki, bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyinə (CTAC) istinadən “Yonhap” agentliyi məlumat yayıb.

Bildirib ki, raket buraxılışdan sonra 700 km məsafədəki hədəfi dəqiqliklə vurub.

“Yonhap” agentliyi daha əvvəl Koreya Respublikasının Baş Qərargah Rəisləri Komitəsinin məlumatlarına istinad edərək, 5 Yanvarda KXDR-in yerüstü qurğudan Yapon dənizinə doğru ballistik raket atdığını bildirib.

Yaponiya Sahil Mühafizəsinin məlumatına görə, raket Yapon dənizinə düşüb. NHK telekanalı isə bildirib ki, raketin düşdüyü yer Yaponiyanın xüsusi iqtisadi zonasından kənardadır.

KXDR sonuncu dəfə 2021-ci ilin oktyabrında raket sınaqları keçirib. Sonra o, sualtı qayıqların yeni ballistik raketlərini işə salıb.

 



Әlaqәli Xәbәrlәr