“İqlim dostu”na hə, “yaşıl sərmayə”yə yox”, S.Heberstreit

Almaniya Prezident Administasiyasının sözçüsü Steffen Hebestreit paytaxt Berlində təşkil edilən mətbuat konfransında deyib...

1756432
“İqlim dostu”na hə, “yaşıl sərmayə”yə yox”, S.Heberstreit

 

  Almaniya Avropa Komissiyasının nüvə enerjisi ilə bağlı qiymətləndirmələrini qəbul etmədiyi bildirdi.

  Almaniya Prezident Administasiyasının sözçüsü Steffen Hebestreit paytaxt Berlində təşkil edilən mətbuat konfransında hökumətin Avropa Komissiyasının nüvə enerjisi və təbii qazı “davam etdirilə bilən enerji qaynaqları” olaraq təsnifetmə təklifilə bağlı çıxış edərək deyib: “Avropa İttifaqının (Aİ) qazla çalışan elektrik stansiyalarını "iqlim dostu" adlandırması federal hökumətin mövqeyinə uyğundur, amma Avropa Komissiyasının nüvə enerjisi ilə bağlı qiymətləndirmələrini qəbul etmirik.

  Sosial Demokrat Partiya (SPD) ilə Yaşıllar və Azad Demokrat Partiyadan (FDP) ibarət koalisiya hökumətinin qərarına görə, Avropa Komissiyasının nüvə enerjisini "yaşıl sərmayə" kimi təyinetmə planını özü müzakirə edəcək və bu ay bir qərar verəcək.”

  Sosial Demokrat Partiyasının həmsədri Saskia Esken də “twitter” hesabından etdiyi paylaşmasında nüvə reaktorlarının həyatı təhlükəyə atan tullantılar yaratdığını bildirərək "Bu səbəbdən, xüsusilə nüvə enerjisinin davam etdirilə bilən texnologiya olaraq dəstəklənməsi məsuliyyətsizlikdir" deyə yazıb.  

  Qeyd edək ki, Avropa İttifaqı komissiyası yeni nüvə enerjisi və təbii qaz stansiyalarını "yaşıl sərmayə" olaraq təsnif etməyə hazırlaşır. Bununla əlaqədar 1 yanvarda üzv ölkələrdə nüvə və təbii qaz sahələrindəki enerji sərmayələrinin təsnif edilməsinə dair mütəxəssis müşavirələri müddətinin başlanıldığı açıqlanıb.

  Təsnifetmə ilə Aİ-nin məqsədi 30 il ərzində "iqlim dostu" bir qitə olma hədəfinə çatmaq üçün sərmayələri ehtiyac duyulan fəaliyyətlərə istiqamətləndirməkdir. Amma mövcud vəziyyətdə Aİ ölkələrinin hər birinin enerji istehsal qaynaqları fərqlidir.  



Әlaqәli Xәbәrlәr