Bu xalqın 40 faizi qida çatışmazlığı yaşayır

Birləşmiş Millətlər Təşkilatı Humanitar İşlər Koordinasiya Ofisinin (OCHA) “twitter” hesabından verilən məlumata görə...

1756441
Bu xalqın 40 faizi qida çatışmazlığı yaşayır

 

  Yəmən xalqının 40 faizi qida çətinliyi çəkir.

  Birləşmiş Millətlər Təşkilatı Humanitar İşlər Koordinasiya Mərkəzinin (OCHA) “twitter” hesabından verilən məlumata görə, Yəməndə qıtlıq riskini azaltmaq üçün icra edilən bütün işlərə baxmayaraq, qida çatışmazlığı əsas problem olaraq qalır.

  Qida etibarsızlığı ölkədə 16,2 milyon adamı maraqlandıran bir həqiqətdir. Əhalinin 40 faizi qida çətinliyi çəkir.

  Xatırladaq ki, uzun müddətdir siyasi sabitliksizliyin hökm sürdüyü Yəmən təxminən 7 ildir İran dəstəkli husilərlə hökumətə bağlı qüvvələr arasında qarşıdurmalara səhnədir. Dünyada ən böyük humanitar və iqtisadi böhranlardan birinin yaşandığı ölkədə əhalinin əksəriyyəti köməyə möhtacdır.



Әlaqәli Xәbәrlәr