“Tesla” 475 min avtomobilini geri çağırır

“Tesla” şirkəti elektrik mühərrikli 475 min avtomobili geri çağırır.

1755033
“Tesla” 475 min avtomobilini geri çağırır

TRT xəbər verir ki, bu barədə ABŞ-ın Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi üzrə Milli Administrasiyası məlumat yayıb.

356 mindən çox model 3 hetçbeki və 119 mindən çox model sedanı geri çağırılacaq.

Maşınların istehsal ili modeldən asılı olaraq 2014-2021-ci illər arasında dəyişir. Eyni zamanda, departament bu qərarın təsirinə məruz qalan ölkələri dəqiqləşdirmir.

Geri çağırılmaya ön baqajda problem və arxa görüntü kamerasındakı nasazlıqlarla səbəb göstərilib.



Әlaqәli Xәbәrlәr