Rusiya və Fələstin prezidentləri arasında telefon danışığı olub

Rusiya Prezidenti Vladimir Putin və Fələstin Prezidenti Mahmud Abbas Fələstin məsələsini müzakirə ediblər.

1754940
Rusiya və Fələstin prezidentləri arasında telefon danışığı olub

Dekabrın 30-da Rusiya Prezidenti Vladimir Putin və Fələstin Prezidenti Mahmud Abbas Fələstin məsələsini müzakirə ediblər.

Kremldən verilən açıqlamaya görə, Putin Abbasla telefon danışığı aparıb.

Putin və Abbasın bir-birini yeni il münasibətilə təbrik etdikləri görüşdə Fələstin məsələsi müzakirə olunub.

Bu məsələ ilə bağlı ikitərəfli qarşılıqlı fəaliyyətə dair fikir mübadiləsinin aparıldığı görüşdə hər iki tərəf vurğulayıb ki, “Orta Şərq dördlüyü (Rusiya, Amerika Birləşmiş Ştatları, Avropa İttifaqı,BMT) himayəsi altında Fələstin və İsrail arasında konstruktiv danışıqlar mümkün qədər tez bərpa edilməlidir".



Әlaqәli Xәbәrlәr