Meşә yanğınına müdaxilә edәn helikopter qәzaya uğrayıb

Argentinanın Pataqoniya bölgəsində yerlәşәn Neuken ştatında meşə yanğınları ilə mübarizə aparan helikopter qəzaya uğrayıb.

1755077
Meşә yanğınına müdaxilә edәn helikopter qәzaya uğrayıb

TRT-nin Argentina Nəqliyyat Təhlükəsizliyi Şurasına(Junto de Seguridad en el Transporte) istinad etdiyi xәbәrә görә iki nәfәrin hәyatını itirdiyi qәza ilә bağlı istintaq başladılıb. Qeyri sabit hava şəraiti, texniki nasazlıq və ya insan səhvinin hadisəyə səbəb ola biləcəyi ehtimal olunur.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, ölkədə 21 gündür davam edən meşə yanğınlarında Çubut, Rio Neqro, Formosa və Neuken ştatlarında 4 min hektardan çox meşə sahəsi zərər görüb.

Argentinanın Ətraf Mühit və Davamlı İnkişaf Nazirliyi yanğınlarla mübarizə aparan qruplara dəstək olmaq üçün Buenos Ayres və Santyaqo del Estero şəhərlərindən bölgəyə daha 30 nәfәrdәn ibarәt yanğınsöndürən dәstә cәlb olunduğunu bildiirib.



Әlaqәli Xәbәrlәr