Yaponiyadan Efiopiyaya təcili humanitar yardım

Yaponiya Şərqi Afrika ölkəsi Efiopiyaya 12,4 milyon dollarlıq təcili humanitar yardım qərarına gəlib.

1751988
Yaponiyadan Efiopiyaya təcili humanitar yardım

TRT xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb: “Efiopiyaya qida və sığınacaq materiallardan ibarət 12,4 milyon dollarlıq təcili yardım göndərəcüəyik. Yardım BMT-nin Ümumdünya Ərzaq Proqramı və Qaçqınlar üzrə Ali Komissarlığı da daxil olmaqla 4 müxtəlif beynəlxalq təşkilat vasitəsilə ölkənin şimalındakı Afar, Amhara və Tiqray bölgələrinə çatdırılacaq. Efiopiyada sülh və sabitliyin bərpası üçün beynəlxalq ictimaiyyətlə əməkdaşlığımız davam edəcək.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Humanitar Məsələlər üzrə Koordinasiya İdarəsi dünən xəbərdarlıq edib ki, gələn il Efiopiyada 22 milyon insan humanitar yardıma ehtiyac duyacaq.



Әlaqәli Xәbәrlәr