İspaniyada küçədə maska taxmaq məcburi olacaq

İspaniya hökuməti koronavirusa yoluxanların sayının artması ilə əlaqədar küçələrdə maskaların məcburi taxılmasını yenidən tətbiq edəcək.

1751328
İspaniyada küçədə maska taxmaq məcburi olacaq

İspaniya hökuməti koronavirusa yoluxanların sayının artması ilə əlaqədar küçələrdə maskaların məcburi taxılmasını yenidən tətbiq edəcək.

İspaniyanın Baş naziri Pedro Sançes region liderləri ilə görüşdə bu barədə məlumat verib. Müvafiq fərmanın təsdiqi üçün dekabrın 24-də Nazirlər Şurasının fövqəladə iclasının keçirilməsi və bununla bağlı qərara gəlməsi gözlənilir.

Baş nazir P. Sançes, həmçinin infeksiyanın yayılmasını izləmək və peyvənd etmək üçün ordudan istifadə etməyi təklif edib.

Qeyd edək ki, pandemiyanın başlanğıcından indiyədək İspaniyada 5,5 milyondan çox yoluxma halı aşkarlanıb, 88,8 mindən çox xəstə ölüb. 2020-ci ilin dekabr ayının sonunda ölkədə peyvənd kampaniyasına start verilib. Hazırda 12 yaşdan yuxarı ispanların təxminən 90%-i artıq koronavirusa qarşı tam peyvənd olunub.



Әlaqәli Xәbәrlәr