ABŞ-ın Əfqanıstana humanitar yardım mövzusunda yeni qərarları

Əfqanıstan xalqına humanitar yardım və digər dəstəklərin çatdırılmasını asanlaşdırmaq üçün üç ümumi lisenziya yayılıb.

1751588
ABŞ-ın Əfqanıstana humanitar yardım mövzusunda yeni qərarları

Əfqanıstana humanitar yardımın çatdırılmasını asanlaşdırmaq üçün ABŞ Dövlət Departamenti və Maliyyə Nazirliyi bu sahədə Talibanla iş görən ABŞ və Birləşmiş Millətlər Təşkilatının (BMT) rəsmilərinə sanksiya tətbiq etməmək qərarına gəlib.

ABŞ Xəzinə Nazirliyinin  açıqlamasında ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisinin (OFAC) Əfqanıstan xalqına humanitar yardım və digər dəstəklərin çatdırılmasını asanlaşdırmaq üçün üç ümumi lisenziya yaydığı bildirilib.

Belə ki, ABŞ-ın Əfqanıstan xalqını dəstəkləmək öhdəliyini vurğuladığı və ABŞ hökumətinin ABŞ sanksiyalarından təsirlənən bölgələrə humanitar yardım göndərilməsi işini davam etdirdiyi bildirilib.

Açıqlamada "OFAC"-ın ümumi lisenziyaların “ABŞ-ın BMT Təhlükəsizlik Şurasına təqdim etdiyi və 15 üzv tərəfindən yekdilliklə qəbul edilən Əfqanıstana humanitar yardımın asanlaşdırılması məqsədilə Taliban”a qarşı sanksiyaları ləğv edən qətnamənin icrası" ilə bağlı verildiyi qeyd olunub.

Xarici İşlər Nazirliyindən verilən açıqlamada da bu lisenziyaların humanitar yardımla məhdudlaşdığı, ABŞ-ın Talibana qarşı ümumi sanksiyalarının qüvvədə qalacağı bildirilib.



Әlaqәli Xәbәrlәr