Myanmada mədəndə torpaq sürüşüb, çox sayda şaxtaçı itkin düşüb

Myanmanın şimalında nefrit mədənində torpaq sürüşməsi baş verib.

1750928
Myanmada mədəndə torpaq sürüşüb, çox sayda şaxtaçı itkin düşüb

TRT-nin BBC-yə istinad etdiyi xəbərinə görə hadisə yerli vaxtla saat 04:00 radələrində Myanmanın Kaçin əyalətinin Hpakant ərazisindəki nifrit mədənində baş verib. Bildirilir ki, hadisə nəticəsində ən az 70 şaxtaçı itkin düşüb. Ərazidə başladılan axtarış-xilasetmə işləri aramsız davam edir.


Etiketlәr: #nefrit , #Myanma

Әlaqәli Xәbәrlәr