Mərakeş sahillərində 352 qeyri-qanuni mühacir xilas edilib

Mərakeş sahil mühafizəçiləri son dörd gündə qeyri-qanuni yollarla Avropaya keçməyə cəhd edən 352 qeyri-qanuni mühaciri xilas ediblər.

1750964
Mərakeş sahillərində 352 qeyri-qanuni mühacir xilas edilib

Mərakeş sahil mühafizəçiləri son dörd gündə qeyri-qanuni yollarla Avropaya keçməyə cəhd edən 352 qeyri-qanuni mühaciri xilas ediblər.

Mərakeş rəsmi agentliyi "MAP"-ın hərbi qaynaqlara əsaslandırdığı xəbərə görə, 18-21 dekabr tarixlərində Krallıq Donanmasının sahil mühafizə bölmələrinin ənənəvi qayıqlarla Avropaya keçmək istəyərkən çətinlik çəkən 352 qeyri-qanuni mühacirə yardım etdiyi bildirilib. 

Qadınlar və uşaqlar da daxil olmaqla, qaçqınların əksəriyyətinin Sahara-altı Afrikadan olduğu bildirilib.

Mühacirlərin Hərbi Donanmanın ilk yardım tədbirlərindən sonra ən yaxın limana daşınmaq üçün Krallıq Jandarma bölmələrinə təhvil verildiyi qeyd edilib.

Mərakeş hakimiyyəti 2021-ci ilin əvvəlindən 42 mindən çox qeyri-qanuni miqrasiyanın qarşısının alındığını, qeyri-qanuni miqrasiya sahəsində fəaliyyət göstərən 156 cinayət şəbəkəsinin məhv edildiyini açıqlayıb.



Әlaqәli Xәbәrlәr