Myanmada kütləvi qətliamlar ortaya çıxdı

Ordu iyul ayında Myanmada ən azı 40 nəfərin ölümü ilə nəticələnən bir sıra kütləvi mülki qətliamlar həyata keçirib.

1749654
Myanmada kütləvi qətliamlar ortaya çıxdı

"BBC"nin məlumatına görə, ordu iyul ayında Myanmada ən azı 40 nəfərin ölümü ilə nəticələnən bir sıra kütləvi mülki qətliamlar həyata keçirib.
Qətliamlar iyul ayında  Saqainq bölgəsində müxalifətin güclü olduğu Kani qəsəbəsindəki 4 ayrı hadisədə qeydə alınıb.

Şahidlər və sağ qalanlar bildiriblər ki, əsgərlər kişiləri ayırmazdan əvvəl kənd sakinlərini mühasirəyə alıblar.

Video çəkilişlərdən və fotoşəkillərdən məlum olub ki, öldürülənlər əvvəlcə işgəncəyə məruz qalıblar.

Sağ qalanlardan biri öldürülənlər haqqında "Onları bağladılar, daş və çubuqlarla döydülər və bütün günü işgəncələrə məruz qaldılar" deyib.

Qeyd edək ki, Myanmada Aunq San Suu Kyi administrasiyası fevralda hərbi çevriliş nəticəsində buraxılıb.



Әlaqәli Xәbәrlәr