Almaniyanın təbii qaz ehtiyatları azalıb
Almaniyanın qaz anbarlarında ehtiyatların səviyyəsi 60%-dən aşağı düşərək tarixi minimuma çatıb.

TRT-nin xəbərinə görə bu barədə Almaniyanın Yeraltı Qaz Anbarları Operatorları Assosiasiyasının (INES) icraçı direktoru Sebastyan Bleşke məlumat yayıb.
O : “Əsl qış hələ qarşıda olduğundan, bu problemə daha ciddi yanaşmaq lazımdır. Əgər anbarlardakı ehtiyatlardan indiki kimi istifadə etsək, fevralda onların doluluq səviyyəsi çox aşağı olacaq”.
2021-ci ilin payızında Avropada qazın qiyməti rekord həddə – 1000 kubmetr üçün 1969 dollara yüksəlib. Bu, Avropa anbarlarında yanacaq ehtiyatlarının çatışmazlığı səbəbindən baş verib. Qiymətlərə həmçinin Asiyada qaza tələbin yüksək olması təsir göstərib.
Avropa və ABŞ-ın bir sıra siyasətçiləri qaz bazarındakı vəziyyəti Rusiyadan tədarükün aşağı düşməsi ilə əlaqələndirirlər. Vladimir Putinin “Qazprom”dan Avropa bazarına tədarükü artırmaq təklifindən sonra yanacağın qiyməti bir qədər aşağı düşsə də, Almaniya hökumətinin “Şimal axını – 2” haqqında qərarı ilə yenidən 1550 dolları keçib.
Әlaqәli Xәbәrlәr

Belçikadan 21 günlük karantin tətbiqi qərarı
Belçika meymunçiçəyi xəstələri üçün 21 günlük karantin tətbiq edir