Semeru vulkanının püskürməsi nəticəsində ölənlərin sayı artıb

Dekabrın 4-də İndoneziyanın Şərqi Yava əyalətində yerləşən Semeru vulkanının püskürməsi nəticəsində ölənlərin sayı 48-ə çatıb.

1747325
Semeru vulkanının püskürməsi nəticəsində ölənlərin sayı artıb

TRT-nin İndoneziya Milli Fəlakət İdarəetmə Agentliyinə (BNPB) istinad etdiyi xəbərə görə fəlakətdən təsirlənən ərazidə axtarış-xilasetmə işləri 4 qrupla davam edir. Bildirilir ki, partlayışdan sonra bölgənin 10 minə yaxın sakini evakuasiya edilib.

Xatırladaq ki Lumacanq bölgəsində Semeru vulkanının 3676 metr yüksəklikdə püskürməsi nəticəsində ətraf yaşayış məntəqələri kül və tüstü ilə örtülmüşdür. Dekabrın 7-də partlayışda həyatını itirənlərin sayının 34 olduğu açıqlansa da bu rəqəm bir həftə ərzində 48-ə yüksəlib.



Әlaqәli Xәbәrlәr