Adana vilayətində doğulmuş Amerikalı NASA-nın astronavt namizədləri arasında

Amerika Birləşmiş Ştatları (ABŞ) Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) tərəfindən seçilən astronavt namizədləri arasında Adanada doğulmuş bir amerikalı iştirak edir.

1744974
Adana vilayətində doğulmuş Amerikalı NASA-nın astronavt namizədləri arasında

ABŞ Hərbi Dəniz Qüvvələrində leytenant rütbəsində xidmət edən “Deniz Burnham” Astronavt Namizədi Proqramı üçün seçilən 6 kişi və 4 qadın arasında olmağı bacarıb. Bildirilir ki, 36 yaşlı Burnham Adanada İncirlik hərbi bazasında xidmət edən amerikalı əsgər ailəsində dünyaya gəlib. O, Kaliforniyada kimya və maşınqayırma təhsilini başa vurduqdan sonra uzun illər enerji sahəsində  işləyib. Dəniz təyyarələrindən helikopterlərə və motorsuz planerlərə qədər bir çox uçan vasitələrdən hobbi kimi istifadə edib. Tələbəlik illərində Kaliforniyadakı NASA tədqiqat mərkəzində də təcrübə keçən Burnham 2022-ci ilin yanvar ayından etibarən seçilmiş digər 9 namizədlə birlikdə 2 illik intensiv astronavt öncəsi təhsil alacaq.



Әlaqәli Xәbәrlәr