7 Dekabr – Beynəlxalq Mülki Aviasiya Günüdür

Azərbaycanda ilk mülki hava reysi 1921-ci ildə poçt-sərnişin təyyarəsində həyata keçirilib

1742812
7 Dekabr – Beynəlxalq Mülki Aviasiya Günüdür

 

  1944-cü il dekabrın 7-də Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiya imzalanıb.

  6 dekabr 1996-cı ildə BMT Baş Assambleyası tərəfindən 7 dekabr Beynəlxalq Mülki Aviasiya Günü elan olunub.

  Azərbaycanda ilk mülki hava reysi 1921-ci ildə poçt-sərnişin təyyarəsində həyata keçirilib. Lakin hələ 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündən başlayaraq aviasiya sahəsində bir sıra işlər görülmüşdü.

  Azərbaycan mülki aviasiyasında ilk dəfə 1923-cü il avqustun 8-də “Yunkers” təyyarəsi ilə sərnişin daşınmaları həyata keçirilib. Ölkədə ilk hava limanı 1931-ci ildə Binə qəsəbəsinin yaxınlığında tikilib və 2 ildən sonra istifadəyə verilib.

  1938-ci ildə Azərbaycanda ilk aviasiya qrupu yaradılıb ki, bu tarix 2006-cı ildə Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə Azərbaycan Mülki Aviasiya Günü kimi elan edilib. Sergey Utoçkinin idarə etdiyi uşaqsayağı yöndəmsiz və möhkəm olmayan “Farman-4” sistemli Fransa biplanı heyrətdən yerində donmuş tamaşaçıların başı üzərində bir neçə dairə vuraraq, alqışlar altında yerə enib.

  Azərbaycanın aviasiya ilə ilk tanışlığından sonra hava nəqliyyatının yeni növünün regionda rəsmi status alması üçün on beş il ötüb. 1923-cü ildə “ZAKAVİA” – Zaqafqaziya Mülki Aviasiya Səhmdar Cəmiyyəti yaradılıb. Artıq 1923-cü ilin aprel ayında “Yunkers” təyyarəsində Bakı-Tiflis-Bakı marşrutu ilə uçuş həyata keçirilib. İki il sonra isə Keşlədə aerodrom tikilib və mülki “Hava stansiyası” yaradılıb. Bu, aviaparkı müasir “Boeing-757” təyyarələri ilə təkmilləşdirməyə, uçuşları idarəetmə vasitələrini yeniləməyə, iyirmiyədək ixtisas üzrə kadrların hazırlanması sistemini yaratmağa və bu gün altmışdan yuxarı aviaşirkətin təyyarələrini qəbul edən beynəlxalq təyyarə vağzalının 1999-cu ildə Bakı şəhərində açılmasına imkan verib. Növbəti illərdə “Naxçıvan” beynəlxalq hava limanı, “Gəncə” beynəlxalq hava limanı və “Zabrat” hava limanında yeni təyyarə vağzalının binası istismara verilib.

  2008-ci ildə “Lənkəran” və “Zaqatala” beynəlxalq hava limanları açılıb. Bakı-Zaqatala və Bakı-Lənkəran marşrutları üzrə aviareyslər, müvafiq olaraq 2008-ci ilin sentyabr və oktyabr aylarında açılıb. Qeyd edək ki, hazırda AZAL ölkə daxilində Bakı-Naxçıvan, Bakı-Gəncə və Gəncə-Naxçıvan və Bakı-Qəbələ marşrutları üzrə uçuşlar yerinə yetirir.

  Azərbaycan Hava Yolları QSC Avropa, MDB, Yaxın Şərq və Asiya ölkələrinə sərnişin daşımaları həyata keçirir. İndi Azərbaycan Hava Yolları QSC Azərbaycanın Milli Daşıyıcısı kimi Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasında (İATA) layiqli yer və MDB ölkələrinin aviaşirkətləri arasında lider mövqe tutur.



Әlaqәli Xәbәrlәr