Semeru can yaxmaqda davam edir

Qeyd edək ki, vulkanda 4 dekabrda meydana gələn partlayışdan sonra yaxınlıqdakı yaşayış yerləri sıx kül və tüstü ilə örtülmüşdü

1743774
Semeru can yaxmaqda davam edir

 

  İndoneziyanın Şərq Yava əyalətindəki Semeru vulkanında dekabrın 4-ündə meydaha gələn partlayışdan sonra ölü sayı 22-ə çıxıb.

  Ölkənin Milli Fəlakət Agentliyinin (BNPB) səlahiyyətlisi Abdul Muharinin verdiyi məlumata görə, Lumajanq bölgəsində olan 3676 metr yüksəklikdəki vulkanda partlayışdan sonra daha 8 adamın daha cəsədinin tapılmasıyla ölü sayı 22-ə çıxıb.

  Vulkanda dekabrın 6-da erkən saatlarda meydana gələn partlayış səbəbiylə ara verilən axtarış-xilasetmə işləri yenidən davam edib. İtkin düşən 27 nəfər hələ axtarılır. Yaralanan 56 adam xəstəxanada müalicə alır.

  Təxminən 3 min ev və 38 məktəbə ziyan dəyib.

  Semeru Vulkanı Rəsədxanasından verilən məlumatda bildirilir ki, vulkan ətrafında təhlükə hələ davam edir, bölgədən uzaq durulmalıdır.

  Qeyd edək ki, vulkanda 4 dekabrda meydana gələn partlayışdan sonra yaxınlıqdakı yaşayış yerləri sıx kül və tüstü ilə örtülmüşdü. Bu səbəbdən bir çox kənd qaranlığa bürünüb, 902 adamın etibarlı bölgələrə çıxarılıb. 



Әlaqәli Xәbәrlәr