Martin Qriffits Türkiyəni tərifləyib

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibinin humanitar məsələlər üzrə müavini və təcili yardım koordinatoru Martin Qriffits milyonlarla suriyalıya ev sahibliyi edən Türkiyəni tərifləyib.

1742051
Martin Qriffits Türkiyəni tərifləyib

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibinin humanitar məsələlər üzrə müavini və təcili yardım koordinatoru Martin Qriffits milyonlarla suriyalıya ev sahibliyi edən Türkiyəni tərifləyib.

M.Griffiths BMT-nin İsveçrənin Cenevrə şəhərindəki ofisində keçirilən mətbuat konfransında BMT-nin 2022 Qlobal Humanitar Yardım Planı haqqında hesabatı açıqlayıb.

Martin Qriffiths hesabatla bağlı verdiyi açıqlamada tarixinin ən böyük yardım çağırışını edərək, gələcək il dünya miqyasında qarşıdurma və yoxsulluğun caynağında olan 183 milyon insana həyat qurtaran yardımın çatdırıla bilməsi üçün 41 milyard dollara ehtiyac olduğunu bildirdi.

Məqsədlərinin humanitar yardıma ehtiyacı olan milyonlarla insana ümid qapısı açmaq olduğunu ifadə edən Martin Qriffiths "Dünyanın bir çox yerlərində, xüsusilə Efiopiya, Myanma və Əfqanıstanda uzun sürən münaqişələr davam edir və qeyri-sabitlik daha da pisləşib. Epidemiya bitməyib və yoxsul ölkələr peyvəndlərdən məhrumdur" ifadəsini işlədib.

Qriffits milyonlarla suriyalıya ev sahibliyi edən Türkiyəni də tərifləyib: “Türkiyə həqiqətən çox qonaqpərvərdir”. 

Avqust ayında Qaziantepdə Suriya sərhədinə getdiyini xatırladan Qriffiths suriyalılara kömək edən Türkiyə vətəndaşı gənc bir qızın ona dərin təsir etdiyini və gənc qızın suriyalılara yardım mövzusunda ona "Bu bizim üçün bir öhdəlikdir" dediyini söyləyib.

Qriffiths Türkiyə, Livan və İordaniyadakı suriyalı qaçqınlar üçün 6 milyard dollar vəsait ayırdıqlarını, bunun əhəmiyyətli bir məbləğ olduğunu vurğulayıb.

Martin Qriffithsin açıqladığı hesabata görə, 2022-ci ildə dünya üzrə ümumilikdə 274 milyon insanın təcili yardıma və müdafiəyə ehtiyacı olacaq ki, bu da ötən illə müqayisədə 17 faiz artım deməkdir.

BMT-nin məlumatına görə, Əfqanıstan, Suriya, Yəmən, Efiopiya və Sudan humanitar yardıma ehtiyacı olan ölkələr sırasında ilk beş yeri tutarkən, Efiopiyalıların vəziyyəti isə ehtiyacı olanlar arasında “ən narahatedici” olaraq xarakterizə edilir.

BMT-nin humanitar yardım planı həmçinin Burkina Faso, Burundi, Kamerun, Mərkəzi Afrika Respublikası, Çad, Kolumbiya, Konqo Demokratik Respublikası (KDC), El Salvador, Qvatemala, Haiti, Honduras, İraq, Liviya, Livan, Madaqaskar, Mali, Mozambik, Myanma, Niger, Nigeriya, işğal olunmuş Fələstin əraziləri, Somali, Cənubi Sudan, Ukrayna və Venesuelada ehtiyacı olan milyonlarla insanı əhatə edir.

Banqladeşdəki düşərgələrdəki Rohinca müsəlmanlarının da yardım planı çərçivəsində olduğu bildirilir.



Әlaqәli Xәbәrlәr