"Covid-19"a qarşı müqavimətin ən yüksək olduğu ölkələrin siyahısı

Amerika Birləşmiş Ştatları mərkəzli media qurumu “Bloomberg” “Covid-19” Müqavimət Siyahısını paylaşıb

1741791
"Covid-19"a qarşı müqavimətin ən yüksək olduğu ölkələrin siyahısı

 

  Türkiyə şimal yarımkürəsi qış mövsümünə girərkən yeni tip koronavirusa (Covid-19) qarşı müqavimətin ən yüksək olduğu ölkələr siyahısında 6-cı sırada oldu.

  Amerika Birləşmiş Ştatları mərkəzli media qurumu “Bloomberg” “Covid-19” Müqavimət Siyahısını paylaşıb.

  “Bloomberg” ölkələrin “Covid-19” epidemiyasına qarşı mübarizəsi, sağlıq xidmətlərinin keyfiyyəti, peyvəndetmə nisbəti, ümumi ölüm sayı və səyahətlərə yenidən başlama kimi göstəriciləri bir araya toplayaraq siyahı tərtib edib.

  Epidemiyanın başından bu yana müəyyən aralıqlarla fərqli meyarlara görə ölkələri sıralayan “Bloomberg”in son siyahısında Türkiyə bir sıra  ictimai məsafə qaydaları və çox rayonların yüksək riskli kateqoriya xaricində qalmasını nəzərə alınaraq 6-cı sıraya yerləşdirilib.

  “Bloomberg”in siyahısı:

  1. Birləşmiş Ərəb Əmrlikləri,
  2. Çili,
  3. Finlandiya,
  4. İrlandiya,
  5. İspaniya,
  6. Türkiyə,
  7. Kanada,
  8. İsveç,
  9. Fransa,
  10. Danimarka,
  11. Norveç,
  12. İngiltərə,
  13. Amerika Birləşmiş Ştatları.

  Siyahının sonunda isə Malayziya, Vyetnam, İndoneziya və Filipinlerdir.



Әlaqәli Xәbәrlәr