BMT-nin Taliban və Myanma ilə bağlı qərarı

Əfqanıstanda Taliban və Myanmadakı hərbi çevriliş edən ordunun Birləşmiş Millətlər Təşkilatına (BMT) təqdim etdiyi səfir namizədləri hələlik təşkilatda təmsil olunmayacaq.

1741735

BMT Baş Assambleyasının Akkreditasiya Komitəsi Talibanın Əfqanıstanda hakimiyyəti ələ keçirməsindən (15 avqust) və Myanmada ordunun (1 fevral) çevrilişlə hakimiyyətə nəzarəti ələ keçirməsindən sonra bu ölkələri BMT-də kimin təmsil edəcəyini müzakirə etmək üçün yığıncaq təşkil edib. 

Ölkələr BMT-nin səfirliyinə namizədlərin adlarını təşkilata göndərdikdən sonra bu adlar BMT Baş Assambleyasının Akkreditasiya Komitəsi tərəfindən təsdiqlənir.

BMT-nin 9 üzvdən ibarət komitənin rəhbəri İsveçin BMT-dəki daimi nümayəndəsi Anna Karin Eneström iclasdan sonra komitənin Əfqanıstan və Myanmanı BMT-də kimin təmsil edəcəyi ilə bağlı qərarı təxirə sadığını bildirib.

Təxirə salınma qərarından sonra Taliban və Myanma ordusunun BMT-yə təqdim etdiyi səfir namizədləri hələlik təşkilatda təmsil olunmayacaq.

Taliban sözçülərindən biri olan Süheyl Şahini BMT səfiri vəzifəsinə namizəd göstərmişdi.

Әlaqәli Xәbәrlәr