Yaponiya və Avropa İttifaqı arasında yeni razılaşma imzalanıb

Yaponiya və Avropa İttifaqı (Aİ) “Azad və Açıq Hind-Sakit Okean” yaratmaq üçün birgə işləmək qərarına gəlib.

1740668
Yaponiya və Avropa İttifaqı arasında yeni razılaşma imzalanıb

TRT-nin Yaponiya Xarici İşlər Nazirliyinə istinad etdiyi xəbərə görə  Yaponiyanın Baş naziri Kişida Fumio Aİ Şurasının sədri Çarlz Mişel ilə görüşüb. Tərəflər arasında  baş tutan telefon danışığı  zamanı  ikitərəfli və regional proseslər müzakirə edib. İki ölkə “Azad və Açıq Hind-Sakit Okean”ın yaradılması üçün birgə işləmək barədə razılığa gəlib. Kişida Aİ-nin izlədiyi "Hind-Sakit okean strategiyası" üçün Mişele təşəkkür edib. Bildirilir ki, Kisida və Mişel həmçinin Yaponiya-Aİ iqtisadi tərəfdaşlıq sazişi çərçivəsində kibertəhlükəsizlik, yaşıl texnologiyalar və təchizat zəncirlərinin sabitliyinin gücləndirilməsi mövzusunda razılığa gəlib.



Әlaqәli Xәbәrlәr