G7 ölkələrinin səhiyyə nazirləri “Omicron”la bağlı təcili toplandı

İngiltərə, Amerika Birləşmiş Ştatları, Kanada, Fransa, Almaniya, İtaliya və Yaponiya səhiyyə nazirləri yığıncaqdan sonra ortaq bəyanat veriblər

1740699
G7 ölkələrinin səhiyyə nazirləri “Omicron”la bağlı təcili toplandı

 

  İngiltərənin çağırışıyla fövqəladə iclas təşkil edən G7 ölkələrinin səhiyyə nazirləri qlobal cəmiyyətin yeni tip koronavirusun (Covid-19) “Omicron” növü təhdidiylə qarşı-qarşıya olduğunu açıqladı.

  İngiltərə, Amerika Birləşmiş Ştatları, Kanada, Fransa, Almaniya, İtaliya və Yaponiya səhiyyə nazirləri yığıncaqdan sonra ortaq bəyanat veriblər: "Qlobal cəmiyyət ilkin dəyərləndirmədə təcili hərəkət tələb edən yeni, son dərəcə yoluxucu bir “Covid-19” növü təhdidiylə qarşı-qarşıyadır.

  “Omicron”la əlaqədar təcili toplandıq, Cənubi Afrikanın bu növü təsbit və digər ölkələri xəbərdar etməsindən sonra müzakirələrə başladıq.

  Ümumdünya Səhiyyə Təşkilatı çərçivəsində beynəlxalq patogen qarovul şəbəkəsi qurmaq üçün güclü dəstək lazımdır.

  Biz səhiyyə nazirləri həmçinin peyvəndlərə çıxışın təmin edilməsi, operativ yardım göstərilməsi, ianə öhdəliklərinin artırılması, tədqiqat və inkişafı dəstəkləmə, eləcə də peyvənd haqqında dezinformasiya ilə mübarizənin strateji əhəmiyyətini qəbul etdik.

  Yaxınlarda məlumat mübadiləsi və “Omicron”un monitorinqi üçün Ümümdünya Səhiyyə Təşkilatı və beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlığı davam etdirmək əzmində olduğumuzu bildiririk.

  Dekabrda yenidən bir araya gələcəyik.”

  Xatırladaq ki, Cənubi Afrika Respublikasında 25 noyabrda Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən "Omicron" adlandırılan “B. 1.1.529” növü təsbit edilib. Aralarında Türkiyənin də olduğu çox sayda ölkə “Omicron” növünə görə Cənubi Afrikaya səyahət qadağası tətbiqi qərarı verib.



Әlaqәli Xәbәrlәr