Barbados - dünyanın ən yeni cümhuriyyəti yarandı

Dünyada yeni cümhuriyyət yaranıb, kraliça II Yelizaveta dövlət başçısı vəzifəsindən kənarlaşdırılıb

1740658
Barbados - dünyanın ən yeni cümhuriyyəti yarandı

 

Dünyada yeni cümhuriyyət yaranıb, kraliça II Yelizaveta dövlət başçısı vəzifəsindən kənarlaşdırılıb.

Karib dənizindəki Barbados ada dövləti çərşənbə axşamı günü rəsmi şəkildə respublika olub.

Ölkənin oktyabr ayında seçilən Prezidenti Sandra Meyson vəzifəsinin icrasına başlayıb.

Böyük Britaniya kraliçası II Yelizaveta bundan sonra Karib hövzəsi dövlətinin başçısı olmayacaq. 

Mərasimin qonağı bazar günü Barbadosa gedən Uels şahzadəsi Çarlz olub. Mərasimdə barbadoslu müğənni Rihanna da iştirak edib. Barbadosun paytaxtı Brictaundakı Milli Qəhrəmanlar Meydanında kraliçanın bayrağı endirilib.

Barbados Böyük Britaniyanın rəhbərlik etdiyi Birlik daxilində müstəqil dövlətdir. Ada cümhuriyyət elan edildikdən sonra da ittifaqın tərkibində qalacaq. Barbados Karib dənizinin şərq hissəsində yerləşir və 287 000-dən çox sakini var. Ölkə 1966-cı il noyabrın 30-da müstəqillik əldə edib.

 



Әlaqәli Xәbәrlәr