Kanada hökuməti Efiopiyadakı vətəndaşlarına xəbərdarlıq edib

Kanada öz vətəndaşlarına daxili münaqişənin olduğu Efiopiyanı dərhal tərk etmələri barədə təcili xəbərdarlıq edib.

1739216
Kanada hökuməti Efiopiyadakı vətəndaşlarına xəbərdarlıq edib

TRT  xəbər  verir  ki,  Kanada hökuməti  yaxın gələcəkdə kommersiya uçuşlarının məhdudlaşdırıla biləcəyini, Əddis-Əbəbə daxil olmaqla, ölkədəki    vətəndaşlarına  konsulluq xidməti  göstərilə bilməyəcəyini  bildirib və ölkədən  dərhal çıxmalarını  istəyib.

Daha  əvvəl  də  Türkiyə, Fransa, İngiltərə və Amerika Birləşmiş Ştatları (ABŞ)   başda  olmaqla  bir  çox  ölkə  tərəfindən  Efiopiyadakı  vətəndaşlarına  oxşar çağırış edilib.

Qeyd  edək  ki,  ölkədəki  Tiqray Xalq Azadlıq Cəbhəsi (TPLF) və müttəfiqi Oromo Azadlıq Ordusunun paytaxt Əddis-Əbəbəyə yaxınlaşması təhlükəsizliklə bağlı narahatlıqları artırıb. Efiopiya hökuməti   2  noyabrda  cənuba irəliləyişlərini davam etdirən “TPLF”-nin  hücumları səbəbindən ölkədə fövqəladə vəziyyət elan edib və   üsyançı  TPLF-nin paytaxt Əddis-Əbəbəyə mümkün hücumlarına qarşı müdafiə əməliyyat qrupları yaradıb.

Bir   ildən   bəri  ölkənin şimalında davam edən qarşıdurmalar  2,5 milyon insanı köçkün vəziyyətinə salarkən, bölgədə 5 milyondan çox insanın təcili yardıma ehtiyacı var.



Әlaqәli Xәbәrlәr