26 Noyabr – Ümumdünya İnformasiya Günü

Ümumdünya İnformasiya Gününün əsas məqsədi bu sahədə olan başlıca problemlərə və məsələlərə mütəxəssislərin diqqətini yönəltməkdir

1739073
26 Noyabr – Ümumdünya İnformasiya Günü

 

  Hər il 26 noyabr tarixinin məhz bu ad altında qeyd edilməsi təşəbbüsü Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasında məşvərətçi statusa malik olan Beynəlxalq İnformasiyalaşdırma Akademiyası və Ümumdünya İnformasioloji Parlamenti tərəfindən irəli sürülüb.

  Əlamətdar günün beynəlxalq təqvimə salınması ilə bağlı qərar 26 noyabr 1992-ci ildə Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının təşəbbüsü ilə keçirilən I Beynəlxalq İnformasiyalaşdırma Forumunda verilib.

  Ümumdünya İnformasiya Gününün 26 noyabr tarixində qeyd olunmasına dair qərar isə rəsmi olaraq YUNESKO tərəfindən 1994-cü ildə qeydiyyata alınıb.

  Ümumdünya İnformasiya Gününün əsas məqsədi bu sahədə olan başlıca problemlərə və məsələlərə mütəxəssislərin diqqətini yönəltməkdir.



Әlaqәli Xәbәrlәr