ÜST ilk dəfə “Covid-19” antikor testinə beynəlxalq lisenziya verdi

Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Qebreyesus sözügedən mövzu ilə bağlı deyib...

1737814
ÜST ilk dəfə “Covid-19” antikor testinə beynəlxalq lisenziya verdi

 

  Ümumdünya Səhiyyə Təşkilatı ilk dəfə yeni tip koronavirus (Covid-19) antikor (anticisim) testinə beynəlxalq lisenziya verdi.

  İspaniya Milli Araşdırma Şurasının (CSİC) inkişaf etdirdiyi test dəstinin insan bədənində “Covid-19” virusu infeksiyası və ya “Covid-19” peyvəndindən sonra insan orqanizmində əmələ gələn antikor nisbətini effektiv şəkildə aşkarlaya biləcəyi açıqlanıb.

  Qeyd edilib ki, bu antikor testi digərlərindən fərqli olaraq sadə laboratoriyalarda tətbiq oluna və testlərin geniş tətbiqi ilə aztəminatlı ölkələr “Covid-19” antikorları daşıyan insanların sayı ilə bağlı konkret məlumat əldə edə bilərlər.

  Sınaq nəticələri adi gözlə, heç bir cihaz olmadan rəng cədvəlinə qarşı tutularaq oxunur. Mikroplata oxuyucularında test dəqiqlik nisbəti isə daha yüksəkdir.

  Antikor testinin istehsalı və yayılması üçün orta və aşağı gəlirli ölkələrdən heç bir patent rüsumunun alınmayacağı bildirilirb.

  Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Qebreyesus sözügedən mövzu ilə bağlı deyib: “CSİC tərəfindən istehsal edilən antikor test dəsti “Covid-19”la mübarizədə mühüm həmrəylik nümunəsidir.

  Peyvənd istehsal edən ölkələr və şirkətlər də CSİC-nin məsuliyyətli davranışını örnək götürməlidir.

  Pandemiya dövründə effektiv mübarizə aparmaq üçün bu cür açıq və şəffaf lisenziyalara ehtiyacımız var."



Әlaqәli Xәbәrlәr