Somali ölkədə Fövqəladə Vəziyyət elan etdi

Somalinin Baş naziri Məhəmməd Hüseyn Roble Nazirlər Kabineti iclasından sonrası verdiyi məlumatda bildirib...

1737831
Somali ölkədə Fövqəladə Vəziyyət elan etdi

 

  Somali hökuməti təsirini artıran quraqlıq üzündən ölkədə Fövqəladə Vəziyyət elan etdi.

  Somalinin Baş naziri Məhəmməd Hüseyn Roble Nazirlər Kabineti iclasından sonrası verdiyi məlumatda bildirib: “Somali xalqının ehtiyac duyanlarına yardım edilməsi üçün birlik olmağa çağırıram.

  Ölkədə çətin vəziyyətlə əlaqədar Fövqəladə Vəziyyət elan etdik.

  Beynəlxalq ictimaiyyətdən yardım istəyirik”.

  Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, 2020-ci ilin sonlarından bu yana mövsüm yağışları üçüncü dəfə kifayət qədər yağmayıb. Nəticədə Somalidə milyonlarla adamın təcili köməyə ehtiyac yaranıb.

  Qeyd edək ki, Somalidə 1990-cı ildən bəri iqlim dəyişikliyi ilə əlaqədar sel və quraqlıq kimi 30-dan çox fəlakət yaşanıb.  



Әlaqәli Xәbәrlәr