ÜST: Dünyada "Covid-19" ilə mübarizə üçün göstərilən səylər ədalətli deyil

“Pandemiyaya hazırlıq və mübarizə” mövzulu müstəqil paneldə yeni növ koronavirus (Covid-19) ilə mübarizədə ölkələr arasında qeyri-bərabərlik və ÜST-nin epidemiya ilə mübarizədəki rolu müzakirə edilib.

1737244
ÜST: Dünyada "Covid-19" ilə mübarizə üçün göstərilən səylər ədalətli deyil

Onlayn olaraq keçirilən “Pandemiyaya hazırlıq və mübarizə” mövzulu müstəqil paneldə yeni növ koronavirus (Covid-19) ilə mübarizədə ölkələr arasında qeyri-bərabərlik və ÜST-nin epidemiya ilə mübarizədəki rolu müzakirə edilib.

Paneldən sonra yayılan birgə bəyanatda dünyada "Covid-19" ilə mübarizə üçün göstərilən səylərin ədalətli olmadığı bildirilərək, “Aşağı gəlirli ölkələrin peyvənd əldə etmək imkanı məhdud qaldıqda, yüksək gəlirli ölkələrdə sağlam və varlılara "buster" dozalar tətbiq edilir" ifadəsi yer alıb.

Bəyanatda "Ortada mövcud epidemiyanı qısa müddətdə bitirəcək və ya növbəti epidemiyaların qarşısını alacaq qədər sürətli bir inkişaf yoxdur" deyilib.

"Covid-19" ilə daha effektiv mübarizə aparmaq və gələcəkdə mümkün epidemiyaları daha əvvəl nəzarət altına almaq üçün ÜST-nin strukturunun yenilənməsinin lazım olduğu vurğulanıb və gələcəkdə mümkün epidemiyaların daha tez və müstəqil şəkildə aşkar edilməsi üçün ÜST-ün daha çox fonda və səlahiyyətə ehtiyacı olduğu vurğulanıb.

Bəyanatda qeyd olunub ki, bütün ölkələr mümkün epidemiyalar barədə ÜST-ə mümkün qədər tez məlumat vermək və epidemiyalara qarşı daha qətiyyətli mübarizə aparmaq üçün razılığa gəlməlidirlər.

Paneldə həmçinin Ümumdünya Ticarət Təşkilatını (ÜTT) peyvənd istehsal edən ölkələri "könüllü olaraq lisenziyalaşdırmaya" və "patent hüquqlarından müvəqqəti imtina etməyə" qane etmək üçün ÜST ilə birlikdə işləməyə çağırılıb.

Noyabrın 30-dan dekabrın 3-dək Cenevrədə keçiriləcək ÜTT nazirlərinin iclasında "Covid-19" vaksinlərinin lisenziyaları və patent hüquqlarının müzakirə ediləcəyi gözlənilir.



Әlaqәli Xәbәrlәr