Panamada tonlarla kokain ələ keçirilib
Panamada Avropa və oradan Afrikaya getməyə hazırlaşan konteynerlərdə 3 ton 267 kilo kokain ələ keçirilib.
1737462

TRT-nin Region mətbuatına istinad etdiyi xəbərinə görə Panama təhlükəsizlik qüvvələri Kolon əyalətinin limanındakı Panama kanalının girişində iki konteynerdə gizlədilmiş narkotik paketləri ələ keçirib. Bildirilir ki, təhlükəsizlik qüvvələri tərəfindən ələ keçirilən 3 ton 267 kilo kokai Avropa və Afrikaya aparılırdı.
Qeyd edək ki, narkotik vasitələrinin tranzit keçid ölkəsi kimi istifadə edilən Panamada ilin əvvəlindən bəri 98,6 ton narkotik maddə ələ keçirilib. Lakin keçən il tutulan narkotik miqdarı 84,87 ton idi.
Әlaqәli Xәbәrlәr

Ukrayna Rusiyanın hәrbi itkilәrinin yeni sayını açıqlayıb
Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi qüvvələrin yeni sayı məlum olub.