Sudanda keçirilən etiraz aksiyalarında ölənlərin sayı artıb

Sudanın müxtəlif şəhərlərində noyabrın 17-də keçirilən çevriliş əleyhinə etirazlar zamanı təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində həyatını itirən nümayişçilərin sayı 15-ə yüksəlib.

1735494
Sudanda keçirilən etiraz aksiyalarında ölənlərin sayı artıb

Sudanın müxtəlif şəhərlərində noyabrın 17-də keçirilən çevriliş əleyhinə etirazlar zamanı təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində həyatını itirən nümayişçilərin sayı 15-ə yüksəlib.

Sudanın paytaxtı Xartum, Şimali Xartum və Omdurman şəhərlərində noyarın 17-də "Hərbi gücə yox" şüarları ilə keçirilən etirazlarda ölənlərin sayı artıb.

Sudan Həkimlər Mərkəzi Komitəsindən verilən açıqlamada təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində həyatını itirənlərin sayının 15-ə yüksəldiyi bildirilib. Əvvəlki açıqlamada ölənlərin sayının 10 olduğu bildirilmişdi.

Açıqlamada onlarla nümayişçinin yaralandığı, bəzilərinin vəziyyətinin ağır olduğu qeyd edilib.

Şahidlərin sözlərinə görə, təhlükəsizlik qüvvələri hər üç şəhərdə nümayişlərin qarşısını almaq üçün həqiqi güllələrdən və gözyaşardıcı qazdan istifadə edib və mobil telefonla əlaqə kəsilib.

Etirazçılar administrasiyanın tamamilə mülki şəxslərə təhvil verilməsini və 25 oktyabr çevrilişinin liderlərinin məhkəmə qarşısına çıxarılmasını tələb edirlər.

Xatırladaq ki, oktyabrın 25-də Sudanın Baş naziri Abdullah Hamduk və digər mülki hökumət rəsmiləri, o cümlədən azı 4 nazir saxlanıldı. Suverenlik Şurasının sədri Əbdülfettah Əl Burhan daha sonra fövqəladə vəziyyət elan etdiyini və mülki idarəni buraxdığını bəyan etdi. Baş nazir Hamduk ertəsi gün sərbəst buraxıldı. Suverenlik Şurasının sədri Əl Burhan noyabrın 11-də yayılan fərmanla Suverenlik Şurasının yenidən qurulduğunu elan etdi.



Әlaqәli Xәbәrlәr