Yaponiya və ABŞ birgə hərbi təlim keçirib

Yaponiya və ABŞ Çinin hərbi varlığını artırdığı Cənubi Çin dənizində ilk dəfə sualtı qayığın iştirakı ilə birgə hərbi təlim keçirib.

1734881
Yaponiya və ABŞ birgə hərbi təlim keçirib

Yaponiya Dəniz Özünümüdafiə Qüvvələri (MSDF) Cənubi Çin dənizində ABŞ Hərbi Dəniz Qüvvələri ilə birgə hərbi təlim keçirdiyini bildirib. Yaponiyanın iki esmines və bir patrul təyyarəsi ilə iştirak etdiyi təlimə MSDF-yə məxsus bir sualtı qayıq göndərilib. MSDF bu təlimin “ABŞ və Yaponiyanın Cənubi Çin dənizində sualtı qayığın iştirakı ilə keçirdiyi ilk hərbi manevr” olduğuna diqqət çəkib.



Әlaqәli Xәbәrlәr