Merkel və Lukaşenko sərhəddəki miqrant böhranını müzakirə ediblər

Belarus Prezidenti Aleksandr Lukaşenko və Almaniya kansleri Angela Merkel Belarus-Polşa sərhədindəki miqrant böhranını müzakirə ediblər.

1734507
Merkel və Lukaşenko sərhəddəki miqrant böhranını müzakirə ediblər

Belarus Prezidenti Aleksandr Lukaşenko və Almaniya kansleri Angela Merkel Belarus-Polşa sərhədindəki miqrant böhranını müzakirə ediblər.

Belarus Prezidentliyi mətbuat xidmətinin "Telegram" kanalından yayılan məlumatına görə, Lukaşenko ilə Merkel arasında telefon danışığı 50 dəqiqə davam edib.

Məlumatda qeyd olunub ki, görüşdə Belarus-Polşa, Belarus-Litva və Belarus-Latviya sərhədlərində bəzi problemlər, immiqrantların vəziyyəti, ayrıca sərhəddə vəziyyətin gərginləşməsinin qarşısını almaq üçün immiqrasiya probleminin həlli yolları və imkanları ətraflı müzakirə edilib.

Lukaşenko ilə Merkelin mühacirlərə humanitar yardım göstərilməsi məsələsini də müzakirə etdiyi bildirilib və Lukaşenko ilə Merkelin sərhəddəki vəziyyəti həll etmək üçün daha çox əlaqə saxlamaq barədə razılığa gəldikləri qeyd edilib.

Xatırladaq ki, noyabrın 8-dən Belarus-Polşa sərhədində Avropaya köçmək üçün İraq və Suriyadan gələrək Belarus vasitəsilə Polşaya keçməyə cəhd edən xeyli sayda uşaq və qadın da daxil olmaqla 2000-dən çox insan meşəlik ərazidə düşərgə qurub, gözləməkdə davam edirdi.

Avropaya köçmək istəyən insanlar saldıqları düşərgəni tərk edərək kütləvi şəkildə sərhəd-keçid məntəqəsinə gediblər.

Bruzgi-Kuznitsa sərhəd-keçid məntəqəsində Polşa sərhədi qarşısında uşaq və qadınların da olduğu 2 minə yaxın insan toplaşmışdı.

Kütlə burada oturub gözləyirdi.



Әlaqәli Xәbәrlәr