Yəməndə strateji bölgələrə nəzarəti husilər ələ keçirib

Yəməndə hökumətə bağlı Birgə Hərbi Qüvvələrin geri çəkildiyi strateji əhəmiyyətli bölgələrdə İranın dəstəklədiyi husilər nəzarəti ələ keçirib.

1733749
Yəməndə strateji bölgələrə nəzarəti husilər ələ keçirib

Yəməndə hökumətə bağlı Birgə Hərbi Qüvvələrin geri çəkildiyi strateji əhəmiyyətli bölgələrdə İranın dəstəklədiyi husilər nəzarəti ələ keçirib.

Yerli qaynaqlardan əldə edilən məlumata görə, hökumətə dəstək verən Birgə Hərbi Qüvvələr noyabrın 11-12-də Hudeydə vilayətinin Et-Tuheytə bölgəsindən geri çəkilib.

Birgə Hərbi Qüvvələrin geri çəkilməsindən sonra strateji əhəmiyyətli bölgənin nəzarəti husi milislərinin əlinə keçib.

Digər tərəfdən, Hudeydənin Hoha şəhərinin Hayme bölgəsində hökumət qüvvələri ilə husilər arasında baş verən qarşıdurmada ölən və yaralananların olduğu bildirilib.

Hudeydədəki sürpriz geri çəkilmələr husilərin bölgədəki nəzarətini artırıb.

Xatırladaq ki, Yəməndə 7 ildir davam edən vətəndaş müharibəsində husilər Hudeydədə strateji əhəmiyyətli liman və şəhər mərkəzini ələ keçirərkən, hökumət qüvvələri Hudeydənin cənub və şərqinə nəzarəti davam etdirir.



Әlaqәli Xәbәrlәr