Yəməndə 6200 nəfər ev-eşiyini tərk edib

Yəmənin Hudeydə vilayətində noyabrın 12-dən bəridir 6200 nəfər daxili miqrasiya ilə ev-eşiyini tərk etməli olub.

1733836
Yəməndə 6200 nəfər ev-eşiyini tərk edib

Yəmənin Hudeydə vilayətində noyabrın 12-dən bəridir 6200 nəfər daxili miqrasiya ilə ev-eşiyini tərk etməli olub.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Humanitar Məsələlər üzrə Koordinasiya Ofisindən yayılan bəyanatda Yəmən hökuməti və müttəfiq qüvvələrin Hudeydə vilayəti ətrafındakı mövqelərini tərk etdiyi bildirilib.

Bəyanatda Dureyhimi, Beyt əl-Faqih bölgələri və əl-Tuheytə qəsəbəsinə nəzarət edən qüvvələrin bu bölgələri tərk edərək Hudeydədən 90 kilometr cənubda yerləşən Huha bölgəsinə yerləşdirildiyi qeyd edilib.

BMT ofisindən verilən açıqlamada bölgədən əldə edilən məlumata görə, husi milislərinin boşaldılan əraziləri ələ keçirdiyi, lakin hökumət qüvvələrinin husilərə qarşı şiddətli mübarizəni davam etdirdiyi bildirilib.

Məlumatda bu hadisələrdən sonra ötən cümə günündən etibarən bölgədən təxminən 4900 nəfərdən ibarət 700 ailənin Huha bölgəsinə, təxminən 1300 nəfərdən ibarət 184 ailənin isə Hudeydənin cənubundakı əl-Muha bölgəsinə köç etməli olduğu, Huha bölgəsində yeni gələn qaçqınlara görə 300 çadırlıq yeni düşərgə salındığı bildirilib.

Sözügedən əraziləri təxliyyə edən silahlı qüvvələr Yəmən hökuməti ilə müttəfiq, lakin Yəmən Müdafiə Nazirliyinə bağlı olmayan Birləşmiş Ərəb Əmirliklərinin dəstəklədiyi milislərdən ibarət olduğu qeyd edilib.



Әlaqәli Xәbәrlәr