Orta Şərq ölkələrindən gələnlər Belarusdan Polşaya köç yolunda

Avropa İttifaqı (Aİ) rəhbərliyi və Almaniya Avropaya köçmək üçün Belarusdan Polşaya keçməyə çalışanlarla bağlı diplomatik səyləri artırmağa çalışır

1732318
Orta Şərq ölkələrindən gələnlər Belarusdan Polşaya köç yolunda

 

  Avropa İttifaqı (Aİ) rəhbərliyi Avropaya köçmək üçün Belarusdan Polşaya keçməyə çalışanlarla bağlı diplomatik səyləri artırmağa çalışır.

  Aİ Komissiyasının sədri Marqaritis Sxinas (Margaritis Schinas) bununla əlaqədar bir çox ölkəyə rəsmi səfərə yollanacaq.

  Avropa İttifaqının Xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borel (Josep Borrell) Avropa Parlamentində etdiyi çıxışında deyib: “Aİ ölkələrinə keçmək istəyənlər bu yayda ilk olaraq İraqın şimalından Bağdada, oradansa Belarus və Litvaya gediblər. Cəhdlərimiz nəticəsində İraq hökuməti artıq Bağdad-Minsk uçuşlarını dayandırıb. Amma başqa Orta Şərq ölkələrindən Belarusa uçuşlar artıb, İraq, Suriya, Əfqanıstan kimi ölkələrdən köç başlayıb.  

  Əsas və tranzit ölkələrlə diplomatik görüşlərlə bu axını dayandırmaları üçün əməkdaşlıq etmələrini istəyirik. Bu günə qədər 13 əlaqədar ölkə rəhbəri ilə danışmışıq. İraq nümayəndələrilə mən görüşdüm. İndi səylərimizi genişlətməliyik. Tranzit nöqtələri və çox sayda hava yolu şirkətini əhatə edən geniş bir səyahət şəbəkəsi var.

  Aİ diplomatik cəhdlərini davam etdirir.”

  Qeyd edək ki, Avropa İttifaqı Komissiyasının sədri Ursula von der Leyen, müavini Marqaritis Sxinas bir neçə günə Dabi, Bağdad, Beyrut, Erbilə danışıqlara gedəcək.

  Rəsmi Berlin də Polşa-Belarus sərhədində miqrasiya böhranının kəskinləşməsi fonunda Avropa İttifaqının üzvü olan dövlətləri ümumavropa birliyini möhkəmlətməyə çağırıb. Almaniyanın Xarici işlər naziri Horst Zeyehofer jurnalistlər qarşısında çıxış edərək ölkənin federal hökumətini “Avropaya nizamlı immiqrasiyanın dəstəklənməsi üçün bütün demokratik dünyanı cəlb etməyə” çağırıb. Onun sözlərinə görə, Aİ ölkələri siyasi cəhətdən mütəşəkkil miqrasiyanın yaratdığı hibrid təhlükəyə qarşı birləşməlidirlər. Nazirin fikrincə, qaçqınlar axınının növbəti dalğasının arxasında “xarici qüvvələr” dayanıb. Lakin nazir həmin qüvvələrin adlarını çəkməyib.

  H.Zeyehofer deyib: “Polşalı dostlarımız Aİ-nin xarici sərhədinin təhlükəsizliyini əlçatan vasitələrlə təmin edirlər. Buna görə biz onları tənqid edə bilmərik, polyaklar bütün Avropa üçün çox dəyərli xidmət göstərirlər. Aİ ölkələri birlikdə hərəkət etməlidirlər. Almaniya və ya Polşa təkbaşına bu işin öhdəsindən gələ bilməz. Polşanın xarici sərhədinin təhlükəsiz olması üçün biz ona kömək etməliyik. Əslində bu, Avropa komissiyasının vəzifəsidir. İndi mən onları tədbir görməyə çağırıram”.



Әlaqәli Xәbәrlәr