Bu ölkә BMT-nin işçilәrini saxlanılıb

Birləşmiş Millətlər Təşkilatının (BMT) Efiopiyada xidmət edən 22 yerli əməkdaşı saxlanılıb.

1731940
Bu ölkә BMT-nin işçilәrini saxlanılıb

BMT baş katibinin sözçüsü Stefan Dujarrik gündəlik mətbuat konfransında  bu  barәdә  danışıb.  O qeyd  edib  ki,  saxlanılanlardan 6-sı  daha sonra sərbəst buraxılıb. BMT işçilərinin nә  sәbәblә   saxlandıqlarına  dair  özlәrinә  izahat  verilmәdiyini  ifadә  edәn   Dujarric, həbsdə olan 16 BMT əməkdaşının dərhal azad edilməsi üçün Efiopiya hökuməti ilə danışıqlar   apardıqlarını  bildirib. İşçilәrin  BMT baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffitsin Efiopiyaya 4 günlük səfərindən sonra saxlanmaları diqqət çəkir.

Efiopiya hökuməti daha əvvəl BMT-nin 7 əməkdaşını daxili işlərinə qarışmaqda günahlandıraraq “persona non-qrata” elan etdi. BMT-nin baş katibi Antonio Quterres isə Efiopiyanın BMT işçilərini ölkədən çıxarmasının “qanunlara  zidd  olduğunu  ifadә  edәrәk  qәrara  reaksiya  verdi.

Xatırladaq  ki,  Efiopiya hökuməti Tiqray Xalq Azadlıq Cəbhəsinin (TPLF) hücumları səbəbindən noyabrın 2-də fövqəladə vəziyyət elan edib və Əddis-Əbəbəyə mümkün hücumlara qarşı müdafiə təyinatlı qruplar formalaşdırıb.



Әlaqәli Xәbәrlәr