Amerika əsgərinə verdikdən sonra itən 2 aylıq körpə hələ tapılmadı

Sohail adlı 2 aylıq körpəsini digər tərəfindəki ABŞ əsgərinə uzatdığını söyləyən Əhmədi yarım saat sonra ailəsiylə qarşı tərəfə keçdikləri zaman digər ailələrdən fərqli olaraq körpəsini tapa bilmədiklərini deyib

1731109
Amerika əsgərinə verdikdən sonra itən 2 aylıq körpə hələ tapılmadı

 

  Talibanın Əfqanıstanda hakimiyyəti ələ keçirməsindən sonra ölkədən qaçan əfqanıstanlı ailənin Qabil hava lımanındakı qarışıqlıqda bir Amerika əsgərinə verdikdən sonra itən 2 aylıq körpələrinin tapılmadığı məlum olub.

  19 avqustda ailəsiylə ölkəni tərk etməyə çalışan Amerika Birləşmiş Ştatlarının Əfqanıstan Səfirliyində çalışan Mirzə Əli Əhmədinin Qabil Havalımanında barmaqlıqların üzərindən bir Amerika əsgərinə təslim etdiyi körpəsi hələ tapılmayıb.

  Sohail adlı 2 aylıq körpəsini digər tərəfdəki ABŞ əsgərinə uzatdığını söyləyən Əhmədi yarım saat sonra ailəsiylə qarşı tərəfə keçdikləri zaman digər ailələrdən fərqli olaraq körpəsini tapa bilmədiklərini deyib. O, övladının ölkə xaricinə çıxardılmasından şübhələndiyini söyləyincə həyat yoldaşı və digər 4 uşağıyla təxliyyə təyyarəsinə mindirilib. Amma Qətər və Almaniya üzərindən ABŞ-ın Texas ştatındakı “Forth Bliss” bazasına gələn ailə körpələrinin axtarışını davam etdirdiklərini bildiriblər.

  ABŞ Dövlət Departamenti bütün yollardan istifadə edərək körpəni tapmaq üçün beynəlxalq təşkilatlarla çalışıldığı şərhini verib.



Әlaqәli Xәbәrlәr