Tərxunədə yenə kütləvi məzar və yeni cəsədlər tapıldı

Axtarış qrupları Tərxunənin əl-Abdəli yolu üzərində daha 3 məzar sahəsi təsbit edib. Bu məzarların içindəki cəsədlərin çıxarılması əməliyyatına 8 noyabrdan başlanacaq”

1730532
Tərxunədə yenə kütləvi məzar və yeni cəsədlər tapıldı

 

  Liviyanın şərqindəki qeyri-qanuni silahlı qüvvələrin başçısı general Xəlifə Hafterə bağlı milislərdən qurtarılan Tərxunə şəhərində yenə üç kütləvi məzar tapıldı.

  Liviya Axtarma və Təsbitetmə Təşkilatından verilən yazılı məlumatda Tərxunədə icra edilən axtarış-arama işlərilə bağlı məlumatda bildirilir: “Axtarış qrupları Tərxunənin əl-Abdəli yolu üzərində daha 3 məzar sahəsi təsbit edib. Bu məzarların içindəki cəsədlərin çıxarılması əməliyyatına 8 noyabrdan başlanacaq”.

  Qeyd edək ki, Hafter milislərindən qurtarıldığı 5 iyun 2020-ci ildən bu yana Tərxunə şəhərində 83 məzar, 248 cəsəd təsbit edilib.

  Liviya hökuməti Tərxunə və ətrafındakı kütləvi məzarlara görə qiyamçı Hafterə bağlı "Qaniyyat" milis qrupunun məsuliyyət daşıdığını bildirir.



Әlaqәli Xәbәrlәr